Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Ukrayna taxılından imtina edir -ÖZƏL

Avropa Ukrayna taxılından imtina edir


Polşa və Macarıstandan sonra Slovakiya da Ukraynadan taxıl idxalına müvəqqəti qadağa qoyub. Newscenter.az haber7.com-a istinadən bildirir ki, bu ölkə Ukraynadan gətirilən taxılın tərkibində insan sağlamlığına zərərli pestisidlər olduğu üçün belə bir addım atıb.

Slovakiyanın kənd təsərrüfatı naziri Samuel Vlczan ötən həftə laboratoriyalarda yoxlanılan 1500 ton Ukrayna taxılında standartlardan yüksək pestisid maddələrinin aşkar edildiyini və anbarlarındakı Ukrayna taxılının daxili bazara buraxılmayacağını bildirib.

Qeyd edək ki, Polşa və Macarıstan da ötən həftə sonu iyunun 30-dək Ukraynadan taxıl idxalına qadağa qoyub. Macarıstan daxili bazarını qorumaq üçün taxıl və yağlı bitkilər kimi kənd təsərrüfatı məhsullarının idxalına qadağa tətbiq etdiyini açıqlayıb. Polşa isə taxılla bərabər, quru yem, toxum, kətan, çətənə, meyvə-tərəvəz, emal olunmuş meyvə-tərəvəz məhsulları, şəkər, şərab, mal əti, dana əti, donuz əti, quş əti, yumurta, süd və süd məhsullarının idxalını da qadağan edib.

Mehman
Xəbəri paylaş