Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəşər Əsəd Rusiya istisna olmaqla ilk xarici səfərə çıxacaq -ÖZƏL

Bəşər Əsəd Rusiya istisna olmaqla ilk xarici səfərə çıxacaq


Suriya prezidenti Bəşər Əsəd vətəndaş müharibəsinin başladığı 2011-ci ildən sonra Rusiya istisna olmaqla ilk xarici səfərinə çıxacaq. Newscenter.az haber7.com-a istinadən bildirir ki, gələn ay Əsədin Səudiyyə Ərəbistanına səfəri nəzərdə tutulur.

Səfər çərçivəsində Suriya liderinin may ayının 19-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək Ərəb Liqasının toplantısında iştirak edəcək. Artıq Əsədin səfəri ilə bağlı hazırlıq işlərinin başladığı bildirilir. Hər iki ölkənin xarici işlər nazirləri Suriya liderinin Səudiyyə Ərəbistanına səfərinin detallarını müzakirə etmək üçün qarşılıqlı səfərlər ediblər.

Qeyd edək ki, Suriya lidri Bəşər Əsəd 2011-ci ildə ölkəsində baş vermiş vətəndaş müharibəsindən sonra yalnız Rusiyaya səfər edib.

Mehman
Xəbəri paylaş