Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Fənərbaxça"nın ulduz futbolçusuna Amerikadan diqqət çəkən təklif -ÖZƏL

"Fənərbaxça"nın ulduz futbolçusuna Amerikadan diqqət çəkən təklif


Türkiyənin "Fənərbaxça" futbol klubunun ekvadorlu hücumçusu Enner Valensia Amerika komandalarının diqqət mərkəzindədir.

Newscenter.az haber7.com-a istinadən bildirir ki, ABŞ Futbol Liqasının (MLS) komandalarından “Atlanta United” və “Los Angeles FC” 33 yaşlı hücumçunun meneceri ilə əlaqə saxlayıb və transfer üçün rəsmi təklif irəli sürüb. ABŞ təmsilçiləri futbolçu üçün 5 milyon dollar maaş təklif ediblər. Bundan əvvəl Braziliyanın "Internacional" komandası illik futbolçuya 2,5 milyon dollar olmaqla 3 illik müqavilə təklif etmişdi.

Qeyd edək ki, bu mövsüm Superliqada 24 oyun keçirən təcrübəli futbolçu 27 qol və 4 məhsuldar ötürmə ilə əla oyun nümayiş etdirib.

Oruc
Xəbəri paylaş