Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İNTERPOL 15 ölkədə əməliyyat keçirdi, 14260 nəfər həbs olundu -ÖZƏL

İNTERPOL 15 ölkədə əməliyyat keçirdi, 14260 nəfər həbs olundu


Beynəlxalq Polis Təşkilatı (INTERPOL) Latın Amerikası, Mərkəzi və Cənubi Amerikada əməliyyat keçirib. Newscenter.az haber7.com-a istinadən bildirir ki, bu barədə təşkilat özü açıqlama yayıb.

Açıqlamada bildirilib ki, əməliyyatlar əsasən, silah qaçaqmalçılarına qarşı həyata keçirilib. Təşkilatın Latın Amerikası ölkələrində həyata keçirdiyi silah qaçaqmalçılığı əməliyyatları zamanı 8263 odlu silah və 305000 sursat müsadirə edilib. Ümumilikdə, Mərkəzi və Cənubi Amerika ölkələrində İNTERPOL-un bu günə qədər koordinasiyalı şəkildə həyata keçirdiyi əməliyyatlarda 14 min 260 nəfər nəzarətə götürülüb.

Bundan başqa, təşkilat “Trigger IX” adlı əməliyyatda 5,7 milyard dollar dəyərində ümumilikdə 575 ton narkotik və narkotik istehsalında istifadə olunan xammal da ələ keçirib.

Mehman
Xəbəri paylaş