Pakistan parlamentinin fəaliyyəti texniki problemlər səbəbindən iflic olub. Belə ki, qanunverici orqanın binasına daxil olan vəhşi pişik bir çox ofis materialına ziyan vurub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, qanunverici orqanın otaqlarında televizor və monitorların elektrik xətləri qırılıb, mərkəzi sistemlə əlaqə kəsilib.
Kamera görüntülərindən pişiyin tapdığı çuxurdan binaya daxil olduğu, oradan çıxmaq istəyərkən isə bir çox ofis ləvazimatlarını zədələdiyi məlum olub.
Qeyd edək ki, paytaxt İslamabadın yaxınlığında Margalla Hills Milli Parkı yerləşdiyi üçün şəhərdə vaxtaşırı vəhşi heyvanlara rast gəlmək olur.
Mehman