Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Neftçala Rayon Polis Şöbəsində əməkdaşlar arasında silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə yarış keçirilib.
Newscenter.az xəbər verir ki. tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda, eləcə də vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Daha sonra polis əməkdaşları 88, 97 və 97 kiloqramdan artıq çəki dərəcələri üzrə güclərini sınayıblar. Hər üç çəki dərəcəsi üzrə qalib gələn əməkdaşlar diplom və medallar təltif olunublar.
Mehman