Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan: "Xaricdəki terrorçular Türkiyəyə dönüş bileti alıblar" -ÖZƏL

Ərdoğan: "Xaricdəki terrorçular Türkiyəyə dönüş bileti alıblar"


"Bu seçkilərdə terrorla mübarizənin davam edib-etməyəcəyinə qərar veriləcək. İstər həbsxanada olan terrorçular, istərsə də xaricdə yaşayan terror təşkilatı tərəfdarları 14 may seçkisini gözləyir. Hazırda xaricdə yaşayan terrorçular Türkiyəyə dönüş bileti alıblar. Koalisiya tərəfdaşları verdikləri hər sözlə terror təşkilatlarına və terrorçulara ümid verir"

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə məlumatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan verib.

Ərdoğan bildirib ki, hətta onlardan vəzifə gözləyən də var.

Türkiyə prezidenti Ankaranın müdafiə sənayesində əldə etdiyi uğurlardan da danışıb. Bildirib ki, Müdafiə Sənayesində atdığımız addımlar əvvəlki kimi bəzi insanları narahat edir:

"Bu təkcə daxildə deyil, xaricdə də belədir. Türkiyəni yenidən özlərindən asılı vəziyyətə salmaq istəyənlərin bu seçkidə qalib gəlməsini istəyirlər".

Mehman
Xəbəri paylaş