İsveç 5 rus diplomatını ölkədən çıxarmaq qərarına gəlib.
Newscenter.az haber7.com-a istinadən billdirir ki, İsveçin xarici işlər naziri Tobias Billström bu barədə məlumat verib. Nazir Rusiyanın Stokholmdakı səfirliyindən 5 diplomatın qovulmasına qərar verdiklərini açıqlayıb.
Dövlət televiziyası SVT-yə açıqlama verən Billström Rusiyanın Stokholmdakı səfiri Viktor Tatarintsevi Xarici İşlər Nazirliyinə çağırdıqlarını da deyib.
Bu arada Danimarkanın xarici işlər naziri Anniken Huitfeldt də aprelin 14-də Rusiyanın Oslodakı səfirliyindən 15 diplomatın ölkədən çıxarılacağını açıqlayıb.
Mehman