Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin Türkiyəyə səfər edəcək

Putin Türkiyəyə səfər edəcək


Rusiya Prezidenti Prezident Vladimir Putin Türkiyəyə səfər edəcək.

Newscenter.az-ın məlumatına görə, "Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin Nyu-Yorkdakı qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Akkuyu Atom Elektrik Stansiyasının açılışında iştirak etməsi nəzərdə tutulub: "Prezidentlər belə bir görüşün vacibliyi barədə razılığa gəliblər".

S.Lavrov yaxın vaxtlarda səfərlə bağlı əlavə açıqlama veriləcəyini əlavə edib.
Xəbəri paylaş