Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynanın ciddi qələbələrə nail olmaq şansı böyükdür -ÖZƏL

Ukraynanın ciddi qələbələrə nail olmaq şansı böyükdür


"Rusiya-Ukrayna müharibəsində həlledici məqam kimi gözlənilən Ukrayna əks hücumu çoxdan gözlənilir. İstər Qərb koalisiyası, istərsə də Ukrayna buna ciddi hazırlaşır".

Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, havaların əlverişli olmasının gözlənildiyi bildirilir:

"Ukrayna və Qərb bu hücumdan ciddi nəticə gözləyirlər. Rusiya da təbii ki, buna hazırlaşır".

Politoloqun sözlərinə görə, proseslər elə bir həddə gəlib çatmışdır ki, tərəflərin sonrakı taleyi bu hücumun nəticələrindən asılı olaraq dəyişəcək:

"Ukraynanın ciddi qələbələrə nail olmaq şansı böyükdür, çünki NATO silahları ilə silahlanmış, təlim görmüş Ukrayna ordusu eyni zamanda, mənəvi cəhətdən də rus ordusundan üstündür".

Azər Qasımov hesab edirəm ki, Ukraynanın Rusiya ordusu qarşısında qələbə çalmaq şansları çox böyükdür:

"Amma Rusiyanın da asanlıqla geri çəkilməyəcəyini də nəzərə alsaq bu həlledici döyüşlərdə əsas həlledici faktorun döyüşün taktika və strategiyasını kimin doğru qurması həll edəcək. Böyük arzularla Ukraynanın öz torpaqlarını rus işğalından azad edəcəyi ümidi ilə Ukrayna xalqına qələbə arzulayırıq!".

Anar
Xəbəri paylaş