Yəmənin cənub-şərqindəki Sokotra sahillərində İrana məxsus balıqçı gəmisi ələ keçirilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, gəmi qanunsuz balıq ovu ilə məşğul olduğu üçün saxlanılıb.
İran hələlik hadisə ilə bağlı açıqlama verməsə də, gəminin ələ keçirildiyi Sokotra qubernatoru gəmini yoxlamaq, ekipajı araşdırmaq və bu mövzuda geniş hesabat təqdim etmək üçün müvafiq təhlükəsizlik bölmələrinin birgə komitəsini yaratmağa qərar verib.
Qeyd edək ki, Yəmən ərazi sularında müntəzəm olaraq qanunsuz balıq ovu ilə məşğul olan gəmilərə rast gəlinir.
Mehman