Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə vətəndaşlarına Misirdən viza güzəşti -ÖZƏL

Türkiyə vətəndaşlarına Misirdən viza güzəşti


Misir Türkiyə vətəndaşlarının ölkəyə gəlişini asanlaşdırmaq istiqamətində daha bir addım atıb.

Newscenter.az "Haber Global"a istinadən bildirir ki, bundan sonra Türkiyə vətəndaşları Misirə səfər edərkən əvvəlcədən viza almağa ehtiyac qalmayacaq. Belə ki, Misirə səfər edən Türkiyə vətəndaşları bu ölkənin sərhəd qapılarından viza ala biləcəklər.

Türkiyənin Xarici İşlər Nazirliyi də məlumatı təsdiq edib Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir:

"Misirə səfər edəcək vətəndaşlarımız bundan sonra Misir sərhəd qapılarından viza ala biləcəklər".

Mehman
Xəbəri paylaş