Bolqarıstanda marafonçu Krasi Georgiyev elmi təcrübə çərçivəsində 17 gün ərzində Sofiyada Milli Mədəniyyət Sarayının (NDK) qarşısında qurulan şüşə qəfəsdə yaşayacaq.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Georgiyev Krasi üçün Sofiya Milli Mədəniyyət Sarayının qarşısında qoyulmuş şüşə qəfəs kub şəklində, 2,5 metr hündürlüyündədir. Marafonçu 17 gün müddətində qəfəsdə yalnız qaçış hərəkətləri edə və qəfəsə qoyulmuş çarpayıda yata bilər.
Eksperimentin əsas məqsədi COVID-19 epidemiyasından sonra cəmiyyətdə yadlaşma, təcrid vəsvəsələrinin və ondan sonrakı fobiyaların araşdırılmasıdır.
Elmi təcrübə çərçivəsində sponsorlardan və ianələrdən toplanacaq pullar narkotik, virtual oyunlar və qumar aludəçiliyinin qarşısının alınmasına yönəlmiş layihəyə yönəldiləcək.
Mehman