Ərəbistan yarımadasından “Beşiktaş”ın ünlü ismi Cekson Mulekaya 3 milyon avroluq təklif gəlib. Lakin Mulekanın potensialına inanan məşqçi Şenol Günəş 23 yaşlı futbolçunu komandada saxlamaq istəyir.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, komandanın baş məşqçisi Şenol Güeş sözügedən futbolçu ilə müqavilə bitənə qədər yola davam edəcəyini söyləyib.
Qeyd edək ki, "Beşiktaş" mövsümün əvvəlində "Standard Liege"dən Mulekanı heyətinə qatıb və ağ-qara komanda ilə 2027-ci ilə qədər müqavilə imzalayıb.
"Beşiktaş"ın heyətində indiyədək 28 oyun keçirən Muleka 5 qol vurub, 1 məhsuldar ötürmə edib.
Oruc