Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenski Almaniyaya səfər edəcək -ÖZƏL

Zelenski Almaniyaya səfər edəcək


Ukrayna prezidenti Volodimir Zelenski Almaniyaya səfərə hazırlaşır. Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Alman nəşri olan “Tagesspiegel” məlumat yayıb.

“Tagesspiegel” yazır ki, Zelenski mayın 13-14-ü tarixlərində Almaniyada olacaq. Ukrayna prezidentinin Berlindəki “Ritz-Carlton” otelində qalacağı bildirilir.

Səfərlə əlaqədar olaraq otelin yerləşdiyi Potsdamer Platz ətrafında ən yüksək səviyyədə təhlükəsizlik tətbiq olunacaq.

Mayın 14-də Zelenski Almaniya kansleri Olaf Şolz tərəfindən qarşılanacaq. İki lider görüşdən sonra birgə mətbuat konfransı keçirəcək.

Mehman
Xəbəri paylaş