Almaniyada məscidə basqın cəhdi olub. Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə öıkənin Drezden şəhərində qeydə alınıb. Belə ki, Drezdendəki Fatih məscidini yandırmağa cəhd göstərilib.
Alman polisi 34 yaşlı İran əsilli bir kişinin Türk-İslam Dini İşlər Birliyinə bağlı Fatih məscidinə girərək dini kitabların saxlandığı rəfə tez alışan material tökərək yandırmağa çalışdığını açıqlayıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, dağıntıların olduğu bildirilir.
Şübhəli şəxs polis tərəfindən saxlanılıb. Onun ötən ay da həmin məsciddə Quran yandırdığı bildirilib.
Mehman Mehdiyev