"Taxıl dəhlizinin yenidən açılmasında göstərdiyi səylərə görə Türkiyəyə minnətdarıq".
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə fikirləri Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken səsləndirib. Dövlət katibi eyni zamanda Birləşmiş Millətlər Təşkilatının baş katibi Quterreşə də taxıl dəhlizinin yenidən açılması istiqamətində göstərdiyi səylərə görə təşəkkürünü bildirib.
Məlumat üçün qeyd edək ki, Blinken bu fikirləri Vaşinqtonda İngiltərənin xarici işlər naziri Ceyms Kleverli ilə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransı zamanı səsləndirib.
Blinken, “Rusiya son günlərdə gəmilərin Ukrayna limanlarına getməsinə mane olmaq, dünya bazarına, Afrika, Yaxın Şərq və ərzağa ehtiyacı olan insanlara gedən ərzaq miqdarını azaltmaq kimi rüsvayçı hərəkətə yenidən qayıdıb. Biz BMT-nin Baş katibinə və Türkiyədəki həmkarlarımıza göstərdikləri yorulmaz səylərə görə minnətdarıq" deyə fikirlərini yekunlaşdırıb.
Mehman Mehdiyev