Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əhaliyə mayın 12-dək bu kındi tərk etmək tapşırığı verildi -ÖZƏL

Əhaliyə mayın 12-dək bu kındi tərk etmək tapşırığı verildi


İsveçrənin Brienz kəndi sakinlərinə mayin 12-dək kəndi tərk etmək xəbərdarlığı edilib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, buna səbəb kəndin yaxınlığında iki milyon kubmetrlik qayanın tezliklə qırılacağı təhlükəsidir. Bu səbəbdən Brienzdə yaşayan 100-ə yaxın ailənin təxliyyəsinə başlanılıb.

Həmçinin Brienz kəndinə olan bütün giriş yolları yalnız sakinlər və təxliyyə istisna olmaqla bağlanılıb. Kəndin bir müddətdir geoloji risk altında olduğu bildirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş