Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İraq 100 il sonra Britaniyadan 6000 ədəd tarixi əsəri geri aldı -ÖZƏL

İraq 100 il sonra Britaniyadan 6000 ədəd tarixi əsəri geri aldı


İraq 100 il sonra Britaniyadan 6000 ədəd tarixi əsəri geri alıb. Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə məlumatı İraq administrasiyası yayıb. Bildirilib ki, 1923-cü ildən bəri İngiltərədə olan 6 min tarixi əsəri geri qaytarılıb.

İraq prezidenti Əbdüllətif Rəşid sözügedən tarixi əsərlərin ölkəyə qaytarılması ilə bağlı Bağdad Beynəlxalq Hava Limanında mətbuat konfransı keçirib. Rəşid, "İngiltərədə tapılan tarixi əsərlərin bütün bəşəriyyətə olduğu kimi, elmi araşdırmalardakı alim və tədqiqatçılara da faydalı olacağını ümid edirik" deyib.

İraqdan oğurlanan və xaricə aparılan tarixi əsərlərin geri qaytarılması üçün işləri davam etdirəcəklərini qeyd edən Rəşid, ölkəyə gətirilən 6 min əsərin qorunub qaytarılmasında göstərdiyi həmrəyliyə görə İngiltərə hökumətinə təşəkkür edib.

Mehman Mehdiyev
Xəbəri paylaş