Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinin təbliğat kampaniyası çərçivəsində daha buir isndent yaşanıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Qaziantepdə seçki təbliğatı həyata keçirən bir qrup AK Partiya ilə CHP üzvü arasında mübahisə düşüb. Sonradan mübahisə davaya səbəb olub. Tərəflər bir-birinə plastik butulka və daş atıblar. Bu sırada bölgədə olan CHP Şehitkamil Bələdiyyəsi Məclis üzvü Ersin A tapança ilə havaya atəş açıb. Əraziyə çoxlu sayda polis göndərilib.
Qarşıdurma zamanı xəsarət alan 5 nəfər xəstəxanaya yerlışdirilib. Polis silahdan atəş açan CHP-li Ersin A.-nı nəzarətə götürüb.
Mehman Mehdiyev