Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya Alpaqut Federasiyası Fair Play - Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin üzvlüyüınə qəbul edildi

Dünya Alpaqut Federasiyası Fair Play - Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin üzvlüyüınə qəbul edildi


Milli idman növü, ümumtürk döyüş sənəti Alpaqut beynəlxalq idman təşkilatlarında tanınmaqda davam edir. Belə ki, Dünya Alpaqut Federasiyası 10.05.2023-cü il tarixində daha bir mötəbər beynəlxalq idman təşkilatı olan - Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (İnternational Fair Play Committee) üzvlüyüınə qəbul edildi.

Newscenter.az Dünya Alpaqut Federasiyasının prezidenti, Milli Məclisin deputatı Jalə Əhmədovaya istinadən xəbər verir ki, son bir ildə Dünya Alpaqut Federasiyası mötəbər beynəlxalq İdman növləri təşkilatları tərəfindən sürətlə tanınaraq üzvlüyə qəbul edilir:

"Belə ki, Dünya Alpaqut Federasiyası 19.05.2022-ci il tarixində Beynəlxalq İdman Elmləri və Bədən Tərbiyəsi Şurası (ICSSPE - International Council of Sport Science and Physical Education) tərəfindən, 7 dekabr 2022-ci il tarixində TAFISA - Hamı üçün Beynəlxalq İdman Assosiasiyası (The Association For International Sport for All ) tərəfindən, 10 mart 2023-cü il IMGC - Beynəlxalq Döyüş Sənəti Oyunları Komitəsi (International Martial Arts Games Committee) tərəfindən üzvlüyə qəbul edilmiş, habelə 02.05.2023 cü il tarixində Beynəlxalq Etno İdman Oyunları Konfederasiyası ilə əməkdaşlıq memorandumu imzalanmışdır".

Jalə Əhmədova qeyd edib ki, Dünya Alpaqut Federasiyası Alpaqut turan döyüş sənətini inkişaf etdirmək məqsədilə yaranmış beynəlxalq idman təşkilatıdır. Federasiyanın 50-dən çox ölkədə rəsmi nümayəndəlikləri, klub, assosiasiya və federasiyaları var. Bu günə qədər milli idman brendi kimi beynəlxalq arenada Azərbaycanı təmsil edən və bu qədər uğura imza atan ilk beynəlxalq idman federasiyasıdır.

R.Mehdiyeva
Xəbəri paylaş