Fransada doğum halı ciddi şəkildə aşağı düşür. Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu ölkədə mart ayında hər gün orta hesabla 1816 körpə doğulub. Beləliklə, son 30 ildə ən aşağı doğum mart ayında qeydə alınıb.
Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun (INSEE) aylıq demoqrafik hesabatına görə, doğulanların sayı son mart ayının statistikasına əsasən, 30 il ərzində ən aşağı səviyyəyə düşüb.
Bundan əlavə, 2022-ci ilin mart ayı ilə müqayisədə bu ilin eyni dövründə yeni doğulanların sayında 7 faiz azalma müşahidə olunub.
Paytaxt Parisin yerləşdiyi İle-de-Frans və Oksitaniya bölgələrində körpə doğuşları Fransanın xarici ərazilərindən daha çox azalıb.
Mehman Mehdiyev