Türk Hava Yolları (THY) təyyarə sayını artırmaq barədə düşünür. Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türk Hava Yollarının İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri Əhməd Bolat bu barədə açıqlama verib. O, bildirib ki, yaxın vaxtlarda 600-ə yaxın yeni təyyarə sifariş etmək nəzərdə tutulub:
"Bunlardan 200-ü geniş gövdəli, 400-ü isə kiçik gövdəli olacaq".
"Hazırda 414 təyyarəmiz var. 170 milyon sərnişin daşımaq və 810 təyyarədən ibarət nəhəng bir donanmaya çatmağı hədəfləyirik" deyən Əhməd Polat 2033-cü ilə qədər bu rəqəmə nail olmağı düşündüklərini söylıyib.
Mehman Mehdiyev