Rusiya Ukraynaya məxsus olan bir sıra strateji obyektlərə raket zərbələri endirib.
Newscenter.az trthaber-ə istinadən bildidir ki, bu barədə açıqlamanı Rusiya Müdafiə Nazirliyi verib. Nazirlik Ukraynaya məxsus strateji məntəqələrin və sursat anbarlarının Smerç reaktiv yaylım atəşi sistemləri ilə vurulduğunu açıqlayıb.
“Hədəflərin koordinatları müəyyən edildikdən sonra Mərkəzi Hərbi Dairənin Smerç MLRS ekipajı döyüş meydanına keçdi. Atış mövqeyini tutan əsgərlər 20 km-dən artıq məsafədəki hədəfləri yüksək dəqiqliklə vurublar. BM-30 “Smerç” tipli reaktiv yaylım atəşi sistemlərinin istifadə olunduğu hücumda Ukraynanın logistika obyektləri, strateji məntəqələri və silah-sursat anbarları vurulub" deyə, açıqlamada bildirilir.
Mehman Mehdiyev