Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İtaliyada sel fəlakəti, 8 nəfər həlak oldu -ÖZƏL

İtaliyada sel fəlakəti, 8 nəfər həlak oldu


Şiddətli yağışlar və sel daşqınları İtaliyada təbii fəlakətə səbəb olub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, İtaliyanın Emilia-Romanya bölgəsində leysan yağışlarla meydana gələn sel daşqınları zamanı 8 nəfər həlak olub.

Emilia-Romanya muxtar hökumətindən verilən açıqlamada bildirilib ki, yağıntıların təsiri azalıb, lakin çaylarda suyun səviyyəsi hələ də yüksəlməkdə davam edir. Bölgədə çoxlu sayda ev və təsərrüfat sel suları altında qalıb.

Mehman Mehdiyev
Xəbəri paylaş