Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qadın voleybolçumuz Rusiya çempionatının "A" Yüksək Liqasının ikincisi olub

Qadın voleybolçumuz Rusiya çempionatının "A" Yüksək Liqasının ikincisi olub


Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Mariya Kirilyuk Rusiya çempionatının "A" Yüksək Liqasının ikincisi olub.

Newscenter.az Azərbaycan Voleybol Federasiyasına istinadən bildirir ki, blokçumuzun şərəfini qoruduğu "Severyanka" (Çerepoveç) klubu Rusiya birinciliyinin "A" Yüksək Liqasında mübarizə aparıb. Komanda son qarşılaşmada "Lokomotiv-2" kollektivi ilə üz-üzə gəlib. Həlledici matçda rəqibini 3:1 hesabı ilə məğlub edən Çerepoveç təmsilçisi "A" Yüksək Liqanın gümüş medalına sahib çıxıb.

Qeyd edək ki, yarış dairəvi sistemlə keçirilib. İlkin etapı lider kimi başa vuran "Severyanka" final mərhələsində topladığı xallara görə ikinci olub.

Oruc Niyazov
Xəbəri paylaş