"Beşiktaş" futbol klubunun məşqçisi Şenol Günəş mövsümün sonunda müqaviləsi başa çatan iki futbolçu ilə yolların ayrılmasına qərar verib.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, bunlar Welinton və Aleksandru Maksimdir. Təcrübəli çalışdırıcı qocalmış braziliyalı müdafiəçi ilə yeni müqavilə imzalamaq istəmədiyini rəhbərliyə çatdırıb. Ağ-qara komandada icarə əsasında çıxış edən Aleksandru Maksimlə də mövsümün sonunda yolların ayrılması qərara alınıb.
Oruc Niyazov