Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sudanda həlak olanların sayı 800-ü keçib -ÖZƏL

Sudanda həlak olanların sayı 800-ü keçib


Sudanda paytaxt Xartum və ətraf şəhərlərdə ordu ilə yarımhərbiləşdirilmiş Sürətli Dəstək Qüvvələri arasında toqquşmalar davam edir.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, aprelin 15-dən başlanan silahlı qarşıdurma nəticəsində 822 nəfər həlak olub, 3215 nəfər isə yaralanıb.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, aprelin 15-dən bu günə qədər 7362 nəfər ölkə daxilində didərgin düşüb, 200 minə yaxın insan isə qonşu ölkələrə sığınıb. BMT Sudandakı böhrandan zərər çəkmiş insanların humanitar ehtiyaclarını ödəmək üçün təxminən 2,6 milyard dollar maliyyə ehtiyacının olduğunu bildirdi.


Mehman Mehdiyev
Xəbəri paylaş