Böyük Britaniyada 11 milyona yaxın insan kommunal borclarını ödəməkdə çətinlik çəkir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Britaniyanın nəzarət orqanı olan Maliyyə İdarəetmə Qurumunun (FCA) verdiyi açıqlamada bu ilin yanvar ayında ölkədə borclarını ödəməkdə çətinlik çəkənlərin sayının 10,9 milyon nəfərə çatdığı bildirilib.
FCA-nın açıqlamasına görə, ötən ilin may ayında ölkədə hesabı ödəməkdə çətinlik çəkənlərin sayı 7,8 milyon nəfər olub.
Açıqlamada bildirilir ki, ölkədə əhalinin təxminən 28 milyonu borclarına görə gərgin stres altında yaşayır, kredit və hesab ödənişlərini vaxtında edə bilməyənlərin sayı isə 6 ayda ən azı 3 dəfə 1,4 dəfə artıb. Bu ilin yanvar ayında keçən ilin may ayına görə 5,6 milyona çatdığı qeyd edildi.
Natiq Orucov