Baş ofisi İngiltərədə olan telekommunikasiya şirkəti BT 2030-cu ilə qədər 40-55 min işçini ixtisar etməyi planlaşdırdığını açıqlayıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, buna səbəb şirkətin gəlirlərinij azalmasıdır. Belə ki, BT-nin gəlirləri əvvəlki ilə nisbətən 1 faiz azalaraq 20,7 milyard funt sterlinq olub. BT-nin mənfəəti də 12 faiz azalaraq 1,7 milyard funt-sterlinqə düşüb.
Xərclərini azaltmaq və mənfəətini artırmaq üçün BT 2028-2030-cu maliyyə illərində işçilərin ümumi sayını 130 mindən 75 minə endirməyi planlaşdırdığını açıqlayıb. Bu o deməkdir ki, şirkət 7 ilə qədər ümumi işçilərin sayını 40 faizdən çox azaldacaq.
Natiq Orucov