Rusiya Müdafiə Nazirliyi Kiyevdə ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sisteminin 5 çoxfunksiyalı radiolokasiya stansiyasının hipersəs “Kinjal” raketi ilə vurularaq məhv edildiyini bildirib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, zərbələrin dəqiqliklə hədəfə dəydiyi nazirliyin açıqlamasında qeyd edilib. Hələlik isə Ukrayna tərəfi Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamayla bağlı heç bir münasibət bildirməyib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi mayın 16-da da Kiyevdə ABŞ-a məxsus "Patriot" hava hücumundan müdafiə sisteminin “Kinjal” raketi ilə vurularaq məhv edildiyini bildirmişdi.
Mehman Mehdiyev