Qırğızıstanla Çin arasında dəyəri 1 milyard dolları keçən müqavilə imzalanıb. Newscenter.az trthaber-ə istinadən bildirir ki, müqavilə qırğız dövlət başçısı Sadir Çaparovun Çinə ilk rəsmi səfəri zamanı imzalanıb.
Müqavilələr enerji, kənd təsərrüfatı və kinematoqrafiya sahələrini əhatə edir.
Qırğızıstan Prezidentinin Mətbuat Xidməti dövlət başçısının Çin səfərini çox məhsuldar və səmərəli hesab edib.
Mehman Mehdiyev