Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

28 may seçkilərinin ikinci turu üçün səs verənlərin sayı 1,5 milyonu keçdi -ÖZƏL

28 may seçkilərinin ikinci turu üçün səs verənlərin sayı 1,5 milyonu keçdi


Mayın 28-də Türkiyədə keçiriləcək ikinci tur prezident seçkiləri ilə bağlı xarici ölkələrdə yaşayan türk vətəndaşlar üçün mayın 20-dən etibarən səsvermə prosesi başlayıb.

Newscenter.az Türkiyə Yüksək Seçki Qurumuna (YSK) istinadən bildirir ki, xarici nümayəndəlik və gömrüklərdə səs verən seçicilərin ümumi sayı 1 milyon 500 min 26 nəfər olub.

Məlumat üçün bildirək ki, seçkilərin birinci turunda səsvermə aprelin 28-də başlayıb və mayın 9-da başa çatıb. YSK-nın yekun nəticələrinə görə, ilk turda cəmi 1 milyon 691 min 287 seçici sandıq başına gedərək 12 gün ərzində səs verib.

Gömrük məntəqələrində isə ilk turda 148 min 847 seçici səs verib. Bu səslərdən 146 847-si etibarlı, 1336-sı isə etibarsız sayılıb. Gömrükdə seçici fəallığı 4,33 faiz təşkil edib.

Xaricdəki nümayəndəliklərdə səsvermə prosedurları mayın 24-də başa çatacaq. Gömrük məntəqələrində isə səsvermə mayın 28-i saat 17.00-dək davam edəcək.

Anar Əliyev
Xəbəri paylaş