Laçındakı Həkəri çayı sahilində “CamperPark Həkəri“ layihəsini icra edən Sevara Group şirkətinin rəhbəri, əslən Laçından olan iş adamı Rəşad Quliyev burada yeni istehsal və emal müəssisələrinin açılması istiqamətində də çalışır.
Newscenter.az xəbər verir ki, bu məqsədlə Rəşad Quliyev Almaniyada əməkdaşlıq etdiyi şirkətləri Laçına dəvət edir. Artıq Sevara Group rəhbərinin dəvətinə ilkin reaksiya verilib. Belə ki, Almaniyanın Paytaxtı Berlin şəhərində yerləşən “Qarabağ” Restoranının sahibi, azərbaycanlı iş adamı Zaur Belin Rəşad Quliyevin dəvəti ilə Laçına səfər edib.
"Bu gün və sabah rəhbərliklə görüşlər keçirilir və layihələr təqdim edilir. Həkəri çayı sahilində görüləcək yeni işlərlə tanış olduq".
Rəşad Quliyev deyib ki, yeni iş yerlərinin yaradılması məqsədi ilə Almaniyadan Laçına iş adamlarının səfərlərini təşkil edilir.
Anar Əliyev