Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Beşiktaş"dan Türkiyə Futbol Federasiyasına ETİRAZ -ÖZƏL

"Beşiktaş"dan Türkiyə Futbol Federasiyasına ETİRAZ


Türkiyənin “Beşiktaş” futbol klubu Türkiyə Futbol Federasiyasının (TFF) cəza qərarına öz etirazını bildirib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, ağ-qaralı komanda superliqanın 35-ci həftəsində səfərdə "Adana Dəmirspor"u 4:1 hesabı ilə məğlub edəndən sonra "Beşiktaş" azarkeşlərinin nizam-intizam qaydalarını pozması səbəbindən cərimə olunub. Komandanın məşqçisi Şenol Günəş də öz növbəsində TFF-nin qərarını qəbuledilməz hesab edib.

Qeyd edək ki, komanda Super Liqanın bitməsinə 3 həftə qalmış 74 xalla 3-cü pillədə qərarlaşıb.

Oruc Niyazov
Xəbəri paylaş