Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Futbol qarşılaşması 12 nəfərin həyatına son qoyub -ÖZƏL

Futbol qarşılaşması 12 nəfərin həyatına son qoyub


Salvadorda futbol qarşılaşmasından öncə bədbəxt hadisə yaşanıb.

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, azarkeşlərin paytaxt San Salvadordakı Cuscatlan stadionuna girişi zamanı yaşanan izdiham qarşıdurma ilə nəticələnib. Nəticədə 12 nəfər həyatını itirib.

Bundan başqa aralarında uşaq və qadınların da olduğu yüzlərlə insan qarşıdurma zamanı müxtəlif dərəcəli xəsarət alıb.

Salvador polisi baş vermiş hadisə ilə əlaqədar araşdırmalara başlayıb.

Mehman Mehdiyev
Xəbəri paylaş