Türkiyənin "Eczacıbaşı" voleybol komandası oyunçu itkisi ilə üzləşib. Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, 1998-ci il təvəllüdlü milli voleybolçu Saliha Şahin 4 mövsüm çıxış etdiyi komandadan uzaqlaşıb.
Saliha Şahin sosial mediada "Dörd il narıncı və ağ formanı geyinmək şərəf idi və bunun hər saniyəsindən qürur duydum", deyə vurğulayıb.
Milli voleybolçunun Polşaya üz tutacağı və orada forma geyinəcəyi bildirilir.
Oruc Niyazov