Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu ölkədə sosial mediadan istifadə məhdudlaşdırılır -ÖZƏL

Bu ölkədə sosial mediadan istifadə məhdudlaşdırılır


Bundan sonra Fransada sosial mediadan istifadəyə bəzi məhdudiyyətlər tətbiq ediləcək. Newscenter.az trthaber-ə istinadən bildirir ki, bununla bağlı ölkə parlamentində müvafiq qanun layihəsi müzakirə olunaraq təsdiq edilib.

Belə ki, Fransa Senatında sosial medianın 15 yaşdan kiçiklər üçün məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi təsdiqlənib. Qanuna görə, 15 yaşından kiçik istifadəçilər sosial mediada qeydiyyatdan keçmək üçün valideynlərinin razılığı olmalıdır.

Qanun layihəsinə əsasən, valideynlər övladlarından sosial media hesablarını dayandırmağı tələb edə bilərlər. Onlar platformalardan 15 yaşlı uşaqlarının sosial media hesablarının dayandırılmasını tələb edə biləcəklər.

Mehman Mehdiyev
Xəbəri paylaş