Rusiya İsveçin bu ölkədə fəaliyyət göstərən səfirliyindən 5 diplomatı qovub.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, Rusiya Xarici İşlər Nazirliyi bu barədə açıqlama verib.
Açıqlamada bildirilib ki, verilən qərar keçən ay İsveçdən 5 rus diplomatının qovulmasına qarşı olan cavab tədbiridir.
Qeyd edək ki, ötən il Rusiyanın Ukraynaya müdaxiləsindən sonra İsveçin NATO-ya üzvlüyü prosesinin başlaması ilə iki ölkə arasında münasibətlər pisləşməyə başlayıb.
Mehman Mehdiyev