Ukrayna Silahlı Qüvvələri ötən gecə PUA-larla Krıma hücum ediblər.
Newscenter.az-ın məlumatına görə, “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Krımdakı separatçıların başçısı Sergey Aksenov məlumat yayıb.
Onun sözlərinə görə, PUA-lardan 6-sı vurulub.
S. Aksenov hücum nəticəsində ölən və yaralananların olmadığını bildirib.
Qeyd edək ki, Rusiya Krım yarımadasını 2014-cü ildə ilhaq edib.