Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şimali Kiprdən olan idmançılar Bakıda mübarizə aparıb-FOTOLAR

Şimali Kiprdən olan idmançılar Bakıda mübarizə aparıb-FOTOLAR


Şimali Kipr Türk Respublikasından olan idmançılar Dünya Budo Döyüş Növləri Federasiyasının rəhbəri Senior Grand Master Eyüp Zafer Gökbilenin rəhbərliyi altında Azərbaycan Budo Dövüş Növləri Federasiyasının dəvəti ilə Bakıda keçirilən Budo Döyüşü üzrə Beynəlxalq Çempionatda iştirak ediblər.

Newscenter.az xəbər verir ki, yarışlarda qızıl medal qazanan idmançılar Zeynep Keskin , gümüş medal qazanan Zehra NazAğan , bürünc medal qazanan Melek Ünver və dördüncü yerin sahibi Zehra Bilge Bayramı Bakıda olduqları müddətdə müxtəlif görüşlərdə iştirak ediblər.

İdmançılar Türkiyənin Azərbaycanda səfirliyində olub, səfir Cahit Bağçı ilə görüşüb, ŞKTR-in Bakı nümayəndəkiyinin rəhbəri Ufuk Turganer tərəfindən qəbul ediliblər. Şimali Kiprdən olan idmançılar Bakıda həmçinin, Fəxri Xiyaban və Türk Şəhidliyini də ziyarət edib.



NEWSCENTER.AZ
Xəbəri paylaş