Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniyada tibbi böhran, xəstəxanalar bağlanır -ÖZƏL

Almaniyada tibbi böhran, xəstəxanalar bağlanır


Almaniya ciddi səhiyyə böhranı ilə qarşılaşıb. Belə ki, maliyyə problemi səbəbindən ölkə xəstəxanalarının bağlanması təhlükəsi yaranıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Almaniyanın səhiyyə naziri Karl Lauterbax də vəziyyətin kritik olduğunu etiraf edib. Nazir bildirib ki, maliyyə problemləri həll olunmazsa, xəstəxanaların 25 faizi bağlana bilər.

Karl Lauterbax səhiyyə sahəsində ciddi islahatların həyata keçirilməsinin vacibliyini bildirib və diqqətə çatdırıb ki, kadr çatışmazlığı və tibb müəssisələrinin işləməməsi səbəbindən yüzlərlə əməliyyat gecikir.

Qeyd edək ki, Almanyada 1900 xəstəxananın 60 faizi böyük maliyyə problemləri ilə üzləşib.

Anar TAĞIYEV
Xəbəri paylaş