Finlandiyanın ədliyyə naziri Anna-Maja Henriksson 2898 gün işləməklə rekorda imza atacaq.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Anna-Maja Henriksson iyunun 4-dən ölkənin ən uzun müddət işləyən ədliyyə naziri olacaq.
Finlandiya Ədliyyə Nazirliyindən verilən açıqlamaya görə, Henrikssonun 1987-ci il , 4 iyun tarixindən etibarən 2898 gün ədliyyə naziri vəzifəsini icra edən nazir kimi rekord qıracaq.
Qeyd edək ki, Henriksson hazırda Finlandiya İsveç Xalq Partiyasına sədrlik edir və digər üç partiyanın üzvləri ilə birlikdə ölkənin baş nazirliyə namizədi Petteri Orponun rəhbərlik etdiyi yeni hökuməti formalaşdırmaq üçün çalışır.
Mehman Mehdiyev