Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanlı hakim Türkiyə və Rumıniya yığmalarının qarşılaşmasının baş hakimi olacaq

Azərbaycanlı hakim Türkiyə və Rumıniya yığmalarının qarşılaşmasının baş hakimi olacaq


Beynəlxalq dərəcəli azərbaycanlı hakim Eldar Zülfüqarova Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti təyinat göndərilib.

Newscenter.az Azərbaycan Voleybol Federasiyasına istinadən bildirir ki, Zülfüqarov kişi voleybolçular arasında "Qızıl Avropa Liqası"nda A qrupunda yer alan Türkiyə və Rumıniya yığmalarının qarşılaşmasının baş hakimi olacaq. Oyun iyunun 4-də Türkiyənin Konya şəhərində keçiriləcək. Görüşdə ikinci hakim funksiyasını türkiyəli Burhan İlhan yerinə yetirəcək.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Oruc Niyazov
Xəbəri paylaş