Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Diaspor rəhbərləri "Qarabag" İdman Klubunun ofisini ziyarət ediblər

Diaspor rəhbərləri "Qarabag" İdman Klubunun ofisini ziyarət ediblər


Beniluks Azərbaycanlıları Konqresinin (BAK) nəzdində fəaliyyət göstərən “Qarabag İdman Klubu”a maraq Avropada getdikcə artır.

Newscenter.az BAK-ın sədri Elsevər Məmmədova istinadən bildirir ki, bu çərçivədə Hollanda Türk Federasyon Başkanı hörmətli Murad Gedik, Versaar-Turk İslam Kultur Mərkəzinin Başkanı hörmətli Muammer Bilgişli, Hollanda Türk federasyonu genel sekreteri hörmətli Erim Uğurlu və Hollanda Türk Federasyonu Başkan yardımcısı hörmətli Mustafa Bilgişli sözügedən idman klubunun ofisini ziyarət etdilər. Elsevər Məmmədov klubun fəaliyyəti, keçirdiyi idman yarışları barədə qonaqlara ətraflı məlumat verib.

Qeyd edək ki, Beniluks Azərbaycanlıları Konqresi (BAK) uzun illərdir ki, Hollanda Türk Federasyonu ilə sıx əməkdaşlıq edir.

Anar Əliyev
Xəbəri paylaş