Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AVF prezidenti Şahin Bağırov və türkiyəli mütəxəssis Şahin Çatma Gəncə və Mingəçevirə səfər ediblər

AVF prezidenti Şahin Bağırov və türkiyəli mütəxəssis Şahin Çatma Gəncə və Mingəçevirə səfər ediblər


Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov və türkiyəli mütəxəssis Şahin Çatma Gəncəyə səfər ediblər.

Newscenter.az AVF-yə istinadən bildirir ki, Federasiyanın yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində baş tutan səfər zamanı qonaqlar Gəncə SOS Uşaq evində olublar.

Onlar burada idmanla məşğul olmaq üçün yaradılmış şəraitlə maraqlanıb, voleybola həvəsi olan uşaqlarla söhbət ediblər. Həmçinin türkiyəli mütəxəssisin müəyyən etdiyi kriteriyalara uyğun gələn uşaqların qeydiyyatı aparılıb.

Sonda sığınacaqda yaşayan uşaqlara voleybol topları hədiyyə edilib.

XXX

Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir. Bu məqsədlə ölkəmizə dəvət olunmuş türkiyəli mütəxəssis Şahin Çatma Gəncə və Mingəçevir şəhərinə səfər edib. O, burada 15 yaşadək qızların məşqini izləyib.

Məşqləri, həmçinin Millət vəkili Müşfiq Cəfərov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, UGİŞM-nin direktoru Ramil Qasımov, Gəncə Olimpiya Kompleksinin direktoru İntiqam Hüseynov, Gəncə İdman Klubu ictimai birliyinin İdarə heyətinin sədri Elvar Osmanov, AVF-nin rəsmiləri və digər qonaqlar izləyiblər.

Ş.Çatma məşqlərə baxışdan sonra əvvəlcədən müəyyən edilmiş kriteriyalara uyğun gələn voleybolçuların qeydiyyatını aparıb.



Oruc Niyazov
Xəbəri paylaş