Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya ölkələri təbii fəlakətlərin nəticələrini aradan qaldırmaqda çətinlik çəkəcək

Dünya ölkələri təbii fəlakətlərin nəticələrini aradan qaldırmaqda çətinlik çəkəcək


Dünya ölkələri təbii fəlakətlərin nəticələrini aradan qaldırmaqda çətinlik çəkəcək.

Newscenter.az "Report"-a istinadən xəbər verir ki, bunu Türkiyə Elm və Texnoloji Tədqiqat Şurasının (TUBİTAK) prezidenti Hasan Mandal “Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda keçirilən VII beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 1980-ci ildən 2019-cu ilədək dünyada təbii fəlakətlərin başvermə tezliyində artım müşahidə olunub: "Bu tezliklərin daha da artacağı proqnozlaşdırılır. Bununla da dünya ölkələri onun nəticələrinin aradan qaldırılmasında çətinlik çəkəcək. Ona görə də bu sahədə birgə mübarizəyə, elm adamlarının birlikdə təcrübə mübadiləsi ilə həll yolu axtarmasına ehtiyac var".

H.Mandal təbii fəlakətlərin artmasının qlobal iqlim dəyişikliyi ilə əlaqəli olduğunu da bildirib.

TUBİTAK-ın prezidenti vurğulayıb ki, təbii fəlakətlər ölkələr daxilində də insanları köç etmək məcburiyyətində qoyur: "Bunu zəlzələdən sonra da müşahidə etdik. Təəssüf ki, gələcəkdə fərqli təbii fəlakətlərlə üz-üzə qalmağımızla bağlı ehtimallar var və bunu yaşamaq məcburiyyətindəyik. Azərbaycan da bizə qonşu olan ölkə kimi bu cür hallarda müəyyən təsirlərə məruz qalmış ola bilər".
Xəbəri paylaş