Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın ekoloji terroru -ÖZƏL

Rusiyanın ekoloji terroru


Rusiya Ukraynanın əks-hücum əməliyyatının qarşısını almaq üçün məkirli plana əl atıb. Belə ki, Moskva Ukraynanın strateji obyektləri, su və istilik elektrik stansiyalarını hədəf almaqla Ukraynada daha çox tələfata, insan ölümünə yol açmaq, bununla da Kiyevin əks-hücum planını əngəlləmək istəyir.

Newscenter.az-ın xəbərinə görə, siyasi ekspert Çingiz Şahbazi Rusiyanın bu addımını ekoloji terror kimi xarakterizə edib. O bildirib ki, Ukraynanın Xerson və Nikolayev şəhərləri arasında Novaya Kaxovka qəsəbəsində yerləşən su elektrik stansiyasına (SES) aid bəndlərin rus işğalçı ordusu tərəfindən partladılması nəticəsində ətraf kəndlər və bütün yaşayış məntəqələri su altında qalıb. Çingiz Şahbazi deyib ki, rusların bu addımı, öz torpaqlarını düşməndən azad etmək üçün, Ukrayna ordusunun Zoporojye və Xerson vilayətləri istiqamətində gözlənilən geniş miqyaslı əks hücumunun qarşısını almaq məqsədi daşıyır:

"Əslində bu ekoloji terror aktıdır. Rusiya bu hərəkəti ilə bir daha nə qədər amansız və dağıdıcı bir ölkə olduğunu göstərdi və rusların bu hərəkəti onların gücünün tükəndiyi barədə yayılan məlumatların öz təsdiqini tapmasına imkan verir. Çünki, Ukrayna ordusunun planlaşdırdığı əks hücumun qarşısını almaq imkanını itirmiş ruslar məhz bu kimi addımları həyata keçirərək müəyyən qədər vaxt qazanmaq niyyətindədirlər".

Ekspert deyib ki, əslində isə bu ekoloji terrordan rus ordusu da öz nəsibini alıb:

"Çünki, rus ordusu tərəfindən partladılmış su elektrik stansiyasına aid su hövzələrinin gücü artıq güclü sel əmələ gətirərək qarşısına çıxan hər şeyi yuyub aparmaqdadır. Ukrayna mətbuatına istinadən, bu istiqamətdə rus ordusuna aid bir çox hərbi quvvələrin olduğu da bildirilir".

Anar Əliyev
Xəbəri paylaş