Çində COVID-19-un Omicron alt variantının yeni növü yayılmağa başlayıb.
Newscenter.az trthaber-ə istinadən xəbər verir ki, XBB adlanan epidemiya nəticəsində, iyun ayının əvvəlindən həftədə 11 milyon nəfərin virusa yoluxması müəyyən edilib.
Qərargahı Londonda yerləşən Airfinity sağlamlıq məlumat xidmətləri və analiz şirkəti tərəfindən dərc edilən təhlilə əsasən, epidemiyanın ümumilikdə 112 milyon insanı əhatə etdiyi təxmin edilir.
Qış aylarında 1 milyarddan çox insanın yoluxduğu epidemiya ilə müqayisədə yeni epidemiya dalğasının daha məhdud yayıldığı müşahidə edilir.
Mehman Mehdiyev