Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya Alpaqut Federasiyasının yeni departamentləri yaradılıb

Dünya Alpaqut Federasiyasının yeni departamentləri yaradılıb


Dünya Alpaqut Federasiyasının idarə heyətinin növbəti toplantısı keçirilib.

Newscenter.az xəbər verir ki, İdarə Heyəti və Müşahidə Şurasının üzvlərinin iştirakı ilə baş tutan tədbiri Dünya Alpaqut Federasiyasının prezidenti, Milli Məclisin deputatı Jalə Əhmədova açıq elan edib və toplantı iştirakçılarını salamlayıb.

Daha sonra 2023-cü ilin 6 aylıq yekunlarına dair nəticələrlə bağlı məlumat verilib. Dünya Alpaqut Federasiyasının ICSSPE, TAFISA, Etno Oyunlar Konfederasiyası, Beynəlxalq Ədalətli Oyunlar (Fair Play) təşkilatı kimi tanınmış beynəlxalq idman təşkilatlarına üzvlüyünü Azərbaycan adına və milli idmanımız adına ilk və böyük uğur kimi qiymətləndirildiyi xüsusi qeyd olunub.

Toplantıda həmçinin Dünya Alpaqut Federasiyasının inkişafı və qarşıda duran hədəflər müzakirə olunub, idarə heyəti tərəfindən yeni departamentlərin yaradılması və İctimai işlər üzrə vitse-prezidentin namizədliyi ilə bağlı qərar qəbul edilib.

İdarə heyətinin qərarı və DAF prezidentinin əmri ilə Nuran Hüseynov Federasiyasının İctimai işlər üzrə vitse-prezidenti, İlhamə Novruzova yeni yaradılmış Media və PR departamentinin sədri, Elşad İman isə yeni yaradılmış IT departamentinin sədri vəzifəsinə təyin olunublar.

Tədbirin sonunda 4-cü Dünya Alpaqut Çempionatının Türkiyənin İstanbul şəhərinin ev sahibliyi etməsi ilə bağlı qərar qəbul edilib.

Ruhiyyə
Xəbəri paylaş